Etibarlılıq və orijinal dizayn həlləri, yüksək texnologiyalı istehsal, eləcə də istehsalın bütün mərhələlərində məhsulların keyfiyyətinə nəzarət, müştərilərimizin ehtiyaclarını tam ödəyən yüksək keyfiyyətli və zərif məhsullar istehsal etməyə imkan verir.

Bizim üslub imkanlarımız çoxşaxəlidir: Barokko və Ampirdən Modernə kimi.

Biz “UniPro” (Universal Production) şirkəti olaraq, mebel sənayesində qlobal trendləri izləyirik, parlaq və qeyri-adi fikirləri həyata keçirməyə hazırıq. Bizim prioritetimiz yüksək keyfiyyət və eyni zamanda məhsulun təhlükəsizliyidir. İnnovasiyaların və yeni texnologiyaların tətbiqi nəticəsində, həm dizayn baxımından, həm də istehlakçı zövqlərinin geniş çeşidini təmin etmək baxımından ən müasir məhsulları bazara təqdim edirik.

Biz nə istehsal edirik?

1. Mebel və ağac məhsulları:

Ağac, metal, şüşə, dəri, parça, mərmər, corian və s materiallardan istifadə etməklə hər növ hərəkətli və sabit mebel.

Hər növ divar və tavan örtükləri:

-ağac, akustik, dəri və parça panelləri daxil olmaqla

Hər növ taxta pəncərə və qapılar

Besedkalar, pilləkənlər, sürahilər.

Ofis mebelləri, (idarə heyəti üçün mebellər, işçi heyəti üçün mebellər, giriş-qəbul mebelləri), otellər və xəstəxanalar üçün mebellər,standart olmayan mebellər.

2. Metal konstruksiya:

Hər növ metal konstruksiyalar:

– platformalar, fermalar, pilləkənlər, məhəccərlər

Dəmir qapılar, darvazalar və hasarlar

Liftlərin və eskalatorların daxili və xarici işlənməsi üçün paslanmaz üzlükləri

3. Plastik və Aluminium məhsulları:

Qapılar, pəncərələr, ağcaqanad torları və arakəsmələr

Matlaşdırma (buzlu və bəzəkli şüşələr).