Haqqımızda

“UniPro” (Universal Production) 2017-ci ildə “Unico” QSC-nin törəmə şirkəti olaraq fəaliyyətə başlayan, mebel istehsal edən kommersiya şirkətidir.

Bizim missiyamız – müştərilərimizin ən incə üstünlüklərini və tələblərini qarşılamaqdır.

Həllərə yanaşmamız

Bizim işimiz yalnız mebel və müxtəlif xammallardan (metal strukturlar, mərmər, alüminium, taxta, şüşə və plastik) məhsul istehsal etmək deyil, həmçinin biz mürəkkəb və çoxmərhələli layihələr üzərində işləmək üçün yaradıcı və yenilikçi mütəxəssislərdən ibarət mühəndislər, memarlar və dizaynerləri də işə cəlb edirik.

Bir çox müştərilərimiz, otel kompleksləri, həmçinin xəstəxanalar, dövlət müəssisələri, kommersiya və digər təşkilatlar da daxil olmaqla, bizim işgüzarlığımızı və peşəkarlığımızı yüksək qiymətləndiriblər.

Mebel istehsalı dünyanın ən dinamik və sürətlə inkişaf edən sənaye sahələrindən biridir və “UniPro”nun çevikliyi şirkətin layihə idarəetməsində qeyri-standart yanaşmalar tətbiq edərkən dəyişikliklərlə uğurla uyğunlaşmasına imkan verir. Müştərilərlə birbaşa işləməyə gəlincə, bütün incəliklərin və detalların ilkin müzakirələrinə böyük diqqət yetiririk, işin vaxtında və qüsursuz tamamlanmasını təmin etmək üçün hər bir müştəriyə şəxsi menecer təyin edirik.

Müştərilərin ehtiyaclarını ətraflı öyrəndikdən sonra (məsələn, dizayn sənədlərini) komandamız, layihənin həyata keçirilməsi üçün lazım olan xidmətlərin ətraflı siyahısını ehtiva edən kommersiya təklifi hazırlayır.

Müştərini qeydiyyata aldıqdan və lazım olan mebel növləri və materiallar haqqında müxtəlif detalları özündə əks etdirən müqavilə imzaladıqdan sonra aşağıdakı addımlar atılır:

1) Memar və mühəndis qrupu texniki tapşırıqları hazırlayır.

2) Mebelin quraşdırılacağı sahənin texniki baxışı aparılır.

3) Dizaynerlər əldə edilən məlumatları yaradıcı şəkildə emal edir və 3D vizualizasiyadan (modelləşdirmə) istifadə edərək müştəriyə son seçim üçün bir neçə maket variantı təqdim edir

Bütün mebel məhsullarımız yerli istehsaldır və müştərilərin gözləntilərini qarşılayarkən yüksək keyfiyyətli məhsullar əldə etmək üçün əl əməyi və müasir avadanlıq növlərinin birləşməsindən istifadə olunur. Mebel istehsal prosesinə bütünlüklə nəzarət edən mütəxəssislər qrupumuz mövcuddur ki, onların fəaliyyəti nəticəsində “UniPro” yüksək məhsul keyfiyyəti və vaxta qənaətə zəmanət verir.

Yükləmə və boşaltma zamanı hər hansı bir zədələnmə ehtimalının qarşısını almaq üçün hazır məhsul, bütün təhlükəsizlik və qabaqlayıcı tədbirlərə uyğun olaraq müştəriyə çatdırılır, yalnız bundan sonra quraşdırma prosesinə başlanılır.

Bizim müştərimiz olmağın üstünlükləri:

1. Təcrübəli mütəxəssislər qrupu tərəfindən yenilikçi texnologiyaların tətbiqi ilə təmin edilən yüksək keyfiyyətli və uzunömürlü məhsullar.

2. Effektiv və səmərəli komanda işi sayəsində hər bir müştərinin ehtiyaclarına fərdi yanaşma.

3. Dizayna düşüncəli və yaradıcı yanaşma.

4. Etibarlılıq və unikal dizayn həlləri.

5. Mebel istehsalına ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən kimyəvi maddələri istisna edən ekoloji yanaşma.